...

COP29-da 4 prioritet məsələ müzakirə olunacaq - Vladanka Andreyeva

İqtisadiyyat Materials 22 May 2024 11:55 (UTC +04:00)
COP29-da 4 prioritet məsələ müzakirə olunacaq - Vladanka Andreyeva
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29-da 4 prioritet məsələ müzakirə olunacaq.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda semninarda deyib.

"Dörd sahə var ki, COP29-da bu sahələr üzrə konkret nəticələr gözlənilir", - deyə o bildirib.

V.Andreyeva prioritet kəsb edən birinci məsələnin bütün sektorlarda tullantıların azaldılması üzrə iddialı, inklüziv və ümumi iqtisadi xarakter daşıyan, milli səviyyədə müəyyən edilən töhfələrin növbəti raundu (NDC 3.0) üçün siyasi stimulun yaradılmasıdır (2025-ci ilin mart ayında qeyd olunan son tarixədək).

Bundan başqa, iqlim maliyyələşdirməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılması və Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmanın yekunlaşdırılması planlaşdırılır.

"Şəffaflığa dair ilk 2 illik hesabatların (BTR) 2024-cü il dekabrın 31-dək təqdim olunacağı gözlənilir", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti