...

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar artıb

İqtisadiyyat Materials 12 İyun 2024 18:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarə hesabına dövlət büdcəsinə 868,5 min manat vəsait ödəyib.

Trend nazirliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və yaxud 94,4 %-i özəlləşdirmədən daxilolmaların, 49 min manatı və yaxud 5,6 %-i isə icarədən daxilolmaların payına düşüb.

Hesabat dövründə bölgədə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti