...

Azərbaycan buğda idxalını azaldıb?

İqtisadiyyat Materials 19 İyun 2024 13:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan 328,5 min ton buğda idxal edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 72,7 milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 121,6 min ton (27 %), dəyər baxımından isə 62,2 milyon ABŞ dolları (46,1 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti