Bakı. Trend:
“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Səba" öz fəaliyyətini dayandırmayıb.
"Səba" ASC digər fəaliyyət istiqamətlərində olduğu kimi, quşçuluğu da 100 faiz təsisçisi özü olduğu törəmə MMC yaradıb və fəaliyyəti ona ötürüb. Hazırda "Səba" brendi ilə toyuq ətinin istehsalı davam edir. "Səba" brendi ilə toyuqların satışı davam edəcək. İstehsalatdakı əməkdaşlar da artıq həmin MMC-nin əməkdaşlarıdır. Fəaliyyətdə hər hansıə dayanma və ya bağlanma yoxdur. "Səba" ASC də hüquqi olaraq öz fəaliyyətini davam etdirir", - ASC-dən qeyd edilib.
Qeyd edək ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.