...

Azərbaycanda su ehtiyatları yenidən qiymətləndiriləcək, monitorinq stansiyaları rəqəmsallaşdırılacaq

İqtisadiyyat Materials 10 Oktyabr 2024 21:07 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda su ehtiyatları yenidən qiymətləndiriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

"Ölkənin su ehtiyatları hidroloji və hidrogeoloji tədqiqatlarla yenidən qiymətləndiriləcək, monitorinq stansiyaları rəqəmsallaşdırılacaq, məlumatların real vaxt rejimində emalı, habelə risklərin simulyasiyası və rəqəmsallaşması təmin ediləcəkdir", - deyə Milli Strategiyada bildirilir.

Qeyd edilir ki, bununla ölkənin su ehtiyatları barədə real təsəvvür formalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti