...

Süni intellekt yeni sahələrin yaranmasına kömək edir - Verizon

İqtisadiyyat Materials 11 Oktyabr 2024 13:15 (UTC +04:00)
Süni intellekt yeni sahələrin yaranmasına kömək edir - Verizon
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt yeni sahələrin və gələcək peşələrinin yaranmasına kömək edir.

Trend xəbər verir ki, bu barədə Verizon şirkətinin analitika və məlumatlar şöbəsinin rəhbəri Ansar Kassim Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

"Gələcəkdə süni intellektə əsaslanan yeni sahələr yaranacaq, necə ki, bir zamanlar elektrik əsasında yeni sahələr ortaya çıxdı. Bu, bir çox yeni iş yerlərinin yaranmasına səbəb olacaq. 10 ildən sonra məşğul olacağınız peşələrin çoxu bu gün hələ mövcud deyil. Mənim süni intellekt sahəsindəki indiki işim də 10 il əvvəl yox idi. O vaxt yalnız kiçik laboratoriyalar var idi ki, burada süni intellektlə eksperimentlər aparılırdı, amma bu, indiki qədər geniş miqyasda deyildi. İndi yeni peşələrin yaranması üçün təxminən 8 il lazımdır və zaman keçdikcə bu müddət qısalacaq", - o qeyd edib.

Onun sözlərinə görə, əmək məhsuldarlığı 2 əsas ixtira — elektrik və İnformasiya texnologiyaları sayəsində xeyli artmışdır.

"Bu gün süni intellekt də məhsuldarlığın artmasına kömək edir və bunun nəticələri yaxın gələcəkdə nəzərə çarpacaq", - o deyib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti