Bakı. Trend:
Bu ilin noyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 27 min 328 müraciət daxil olub.
Bu barədə Trend DMX-yə istinadən xəbər verir.
Məlumata görə, Dövlət Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 748 müraciət edilib.
Şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı 775 olub.