Bakı. Trend:
Ötən il Azərbaycanda 5,292 milyon ton qaz kondensatı hasil edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, qaz kondensatı istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 89 min ton və ya 1,7% artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda hasil edilmiş qaz kondensatının həcmi 5,203 milyon ton olub.
Ötən il hasil edilmiş qaz kondensatının 5,284 milyon tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da, illik müaqayisədə 101 min ton, yaxud da 1,9% artım deməkdir. 2023-cü ildə istehsal edilmiş qaz kondensatının əmtəəlik məhsula düşən payı 5,183 milyon ton idi.
Qeyd edək ki, ötən il Azərbaycanda 29,63 milyon ton neft (qaz kondensatı ila birlikdə) hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 3,6 % azdır.