...

Azərbaycanda yeganə kolxoz təsərrüfatı ASC-yə çevrilir

İqtisadiyyat Materials 13 Fevral 2025 15:33 (UTC +04:00)
Azərbaycanda yeganə kolxoz təsərrüfatı ASC-yə çevrilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişir.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə kolxoz özü elan edib.

Belə ki, sözügedən kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir.

Qeyd edək ki, təsərrüfat Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib.

Təsərrüfat bitkiçilik (buğda, arpa, noxud, günəbaxan, tərəvəz, üzüm) və heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu, donuzçuluq, quşçuluq) istiqaməti üzrə fəaliyyət göstərir.

Hazırda kolxozun qanuni təmsilçisi Uryupin Vasiliy İvanoviçdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti