...

Naxçıvanın Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib - YENİ TƏYİNAT

İqtisadiyyat Materials 20 Fevral 2025 09:32 (UTC +04:00)
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib - YENİ TƏYİNAT
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti