...

Azərbaycanda balın bir kiloqramının orta satış qiyməti 2,8 manat bahalaşıb

İqtisadiyyat Materials 12 Mart 2025 15:11 (UTC +04:00)
Azərbaycanda balın bir kiloqramının orta satış qiyməti 2,8 manat bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il istehsalçıların satığı balın bir kiloqramı üçün orta satış qiyməti 28,6 manat olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu qiyməti əvvəlki illə müqayisədə 2,8 manat və ya 10,9% bahadır.

Belə ki, 2023-cü ildə istehsalçıların satığı balın bir kiloqramı üçün orta satış qiyməti 25,8 manat idi.

Bunlarla yanaşı, bir kiloqram mumun orta satış qiyməti 16,5 manat (0,6 manat və ya 3,8% baha), vərəmumun orta satış qiyməti 109,7 manat (12,5 manat, yaxud da 12,9% baha), güləmin orta satış qiyməti 140,9 manat (8,2 manat və ya 6,2% baha), arı südünün orta satış qiyməti 7 manat (1 manat 16,7% baha) olub.

Qeyd edək ki, 2024-cü ildə 30,6 min təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5,2 min ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz azalıb, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti