Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 457,3 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73,7 min ton və ya 19,2% çoxdur.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 383,6 min ton qazoyllar (dizel yanacağı) istehsal edilmişdi.
Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 195,4 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.