...

İrlandiyadan Azərbaycana pul köçürmələrinin həcmi 25%-ə yaxın artıb

İqtisadiyyat Materials 30 Mart 2025 07:00 (UTC +04:00)
İrlandiyadan Azərbaycana pul köçürmələrinin həcmi 25%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,9 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 23,8% çoxdur.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İrlandiyanın payı 1% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,8 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti