...

Azərbaycan və İsveçrə arasında pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsi müzakirə edilib

İqtisadiyyat Materials 10 Aprel 2025 15:18 (UTC +04:00)
Azərbaycan və İsveçrə arasında pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsi müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (İMB) arasında müxtəlif pul siyasəti strategiyaları, pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsini müzakirə edilib, həmçinin, monetar əməliyyatlarla bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bank əməkdaşlarının İsveçrə Milli Bankına (İMB) təcrübə mübadiləsi səfəri baş tutub.

Səfər çərçivəsində İMB və Mərkəzi Bank nümayəndələri arasında keçirilən görüşlərdə qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişiklər şəraitində pul siyasətinin effektiv həyata keçirilməsində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və onun maliyyə sabitliyinə təsirləri məsələləri müzakirə edilib.

Bundan əlavə, İMB-nin təhlil-proqnozlaşdırma sistemi, model portfeli, statistik bazadan istifadə, həmçinin İMB-nin pul siyasəti qərarlarının icrası, faiz dərəcələrinin tənzimlənməsi, daimi imkan və açıq bazar əməliyyatları kimi mühüm istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.

Növbəti dövrlərdə qeyd olunan istiqamətlər üzrə tərəflər arasında müzakirələrin davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti