Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında “Şahdəniz”yatağından 1 milyon ton kondensat hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 100 min ton və ya 9,1% azdır.
Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 1,1 milyon ton kondensat hasil edilib.
Qeyd edək ki, cari ilin birinci rübü ərzində, respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.