...

Birinci rübdə SOCAR üzrə neft hasilatının həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Aprel 2025 12:49 (UTC +04:00)
Birinci rübdə SOCAR üzrə neft hasilatının həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya 5,3% azdır.

Belə ki, ötən ilin birinci rübündə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Qeyd edək ki, cari ilin birinci rübü ərzində, respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti