Bakı. Trend:
Azərbaycanda vergi əməliyyatları aparan ticarət obyektlərinin sayı 12 mindən çoxdur.
Trend xəbər verir ki, bunu “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev deyib.
Onun sözlərinə görə, bu ticarət obyektlərinin vergiyə cəlb olunması ticarət şəbəkələrinin vergiyə cəlb olunması ilə müqayisədə daha çətindir:
“Bu mənada, ticarət şəbəkələrinin inkişafı vergilərin yığılmasında mühim rol oynayır. Dövlət Vergi Xidmətinin 2024-cü ilin yekunlarına dair açıqlamasında ilk 300 vergi ödəyicisinin sırasına əksə ticarət şəbəkələri daxil olub. Ticarət şəbəkələri vergi şəffaflığının təminatında lokomotiv rol oynayır. Ticarət şəbəkələrinin şəffaflanması ümumi iqtisadiyyatın şəffaflığının göstəricisidir”.
Qeyd edək ki, ictimai müzakirə KOBİA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və media nümayənələri iştirak ediblər.