...

Son 5 ildə qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər 1,5 dəfə artıb - Elnur Əliyev

İqtisadiyyat Materials 25 Aprel 2025 11:54 (UTC +04:00)
Son 5 ildə qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər 1,5 dəfə artıb - Elnur Əliyev
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq texminen 26%, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb.

Trend xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub: "Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5% artıb".

"Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83%, məşğulluqda isə 78%-dən artıqdır", - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti