...

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 12%-ə yaxın artıb

İqtisadiyyat Materials 19 May 2025 17:11 (UTC +04:00)
Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 12%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Macarıstan arasında ticarət əməliyyatlarının həcmi 14,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 11,7% çoxdur.

Hesabat dövründə Macarıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,12%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Macarıstana 1,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 299 min ABŞ dolları və ya 36,2% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Macarıstandan Azərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 10% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,3% artaraq 12,048 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti