Bakı. Trend:
Astara şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı bir müddət başladılan işlər artıq icraat mərhələsindədir.
Trend-in məlumatına görə, “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sistemi tikiləcək.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “T.T.Ş.-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 41,5 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 411 149 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur.