...

Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 500 min manata endirdi

İqtisadiyyat Materials 29 Yanvar 2026 10:01 (UTC +04:00)
Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 500 min manata endirdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 500 min manata endirib

Trend xəbər verir ki, bunu “Bakı Fond Birjası“nın Baş İcraçı direktorun müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov bu gün Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.

"Bakı Fond Birjasının standart listinq seqmenti və əsas bazar listinq seqmenti var. Əsas bazar seqmenti daha böyük və inkişaf etmiş şirkətlər üçün nəzərdə tutulub. Standart bazar seqmenti inkişafda olan, daha xırda şirkətlər üçün nəzərdə tutulub. Borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edir. Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün bu məbləği yarıya endirdik - 500 min manat təşkil edəcək. Bu barədə artıq qərar verilib, yaxın zamanda açıqlanacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti