Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 89,87% təşkil edib.
Trend-in “Global Stats” statistika mərkəzinə istinadən məlumatına görə, bu, dekabr ayına nisbətən 0,95 faiz bəndi az, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 0,09 faiz bəndi çoxdur.
İkinci pillədəki "Bing"in bazar payı ay ərzində 0,4 faiz bəndi artraq, illik isə 0,49 faiz bəndi artaraq 4,43% olub.
Növbəti yerdə qərarlaşan "Yandex"in bazar payı aylıq müqayisədə 0,35 faiz bəndi artaraq, illik isə 2,74 faiz bəndi azalaraq 1,92%-də qərarlaşıb.
Dördüncü yerdəki "Yahoo"nun bazar payı ay ərzində 0,1 faiz bəndi, illik müqayisədə isə 0,09 faiz bəndi artaraq 1,36% təşkil edib.
İlk beşliyi qapadan "DuckDuckGo"nun bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,07 faiz bəndi artaraq 0,74% olub.
