...

Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

İqtisadiyyat Materials 9 Fevral 2026 15:16 (UTC +04:00)
Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görləcək işlər Cəbrayıl rayonunun Maşanlı, Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 7,305 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti