...

ABŞ şirkətləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsini yüksək qiymətləndirir - Çoksi

İqtisadiyyat Materials 10 Fevral 2026 08:44 (UTC +04:00)
ABŞ şirkətləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsini yüksək qiymətləndirir - Çoksi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir və şaxələndirilib.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Xuş Çoksi bildirib.

O vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatının ən diqqətəlayiq tərəfi onun şaxələndirilməsidir. “Hətta enerji bu gün iqtisadiyyatın yalnız 3,7%-ni təşkil edir ki, bu da iqtisadi strukturun geniş tarazlığından xəbər verir. Buna görə də, nümayəndə heyətimizin tərkibinə və Azərbaycana olan marağa nəzər salsaq, bu, həqiqətən çox genişdir”, - deyə Çoksi bildirib.

Baş vitse-prezident qeyd edib ki, nümayəndə heyətinə telekommunikasiya, enerji, müdafiə, səhiyyə, ödəniş sistemləri və bank sektoru üzrə şirkətlər daxildir. “İstehsal da müxtəlif formalarla təmsil olunur. Beləliklə, əhatə dairəsi həqiqətən son dərəcə genişdir. Başqa sözlə, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti