...

ABŞ şirkətləri Azərbaycanın nəqliyyat və turizm imkanlarını yüksək qiymətləndirir - Kuş Çoksi

İqtisadiyyat Materials 10 Fevral 2026 09:03 (UTC +04:00)
ABŞ şirkətləri Azərbaycanın nəqliyyat və turizm imkanlarını yüksək qiymətləndirir - Kuş Çoksi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müxtəlif nəqliyyat dəhlizləri və turizm sektoru ilə bağlı geniş imkanlara malikdir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə bank və maliyyə sektorlarında da yeni imkanlar açılır. “Müxtəlif nəqliyyat dəhlizləri ilə bağlı çoxsaylı imkanlar mövcuddur. Rəqəmsal ödənişlər və ümumiyyətlə bu artım sahəsində böyük potensial var”, - deyə Çoksi bildirib.

Baş vitse-prezident həmçinin turizm sektoruna toxunaraq bildirib: “Turizm çox geniş bir kateqoriyadır: buraya Boeing təyyarələri və Hilton, Marriott və digər beynəlxalq brendlərdən olan otellər daxildir. Beləliklə, burada imkanların çeşidi olduqca genişdir”.

Xəbər lenti

Xəbər lenti