...

Azərbaycanın Əmək Nazirliyi ünvanlı sosial yardım alanların sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, yanvar-avqust ayları ərzində Azərbaycanda ünvanlı sosial yardımla 60155 nəfər təmin olunub ki, bu da müavinət üçün müraciət edənlərin 49,6% -ni təşkil edir.

Bir nəfət üçün ünvanlı sosial yardımın məbləği 16,36 manat, bir ailə üçün orta məbləğ 77,98 manat təşkil edib. Hesabat dövründə müavinət əldə edən ailə üzvlərinin sayı isə, 286 750 nəfər təşkil edib.

Hesabat dövrü ərzində Əmək Nazirliyinə ünvanlı sosial yardım almaq məqsədilə159 060 ailə müraciət edib ki, bu ailələrdən 130 931-i qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti