...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 13:52 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xalilova / Ötən həftənin yekunlarına görə, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Keçən həftə orta məzənnə 1 ABŞ dollarına 0,85082 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 1-də (1 ABŞ dolları üçün 0,8510 manat), minimum isə oktyabrın 4 və 5-də (1 ABŞ dollarına 0,8507 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
24sentyabr 0,8515 1oktyabr 0,8510
25sentyabr 0,8515 2oktyabr 0,8509
26sentyabr 0,8514 3oktyabr 0,8508
27sentyabr 0,8513 4oktyabr 0,8507
28sentyabr 0,8512 5oktyabr 0,8507
Həftə ərzində orta 0,85138 Həftə ərzində orta 0,85082

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85032 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi oktyabrın 1-də (1 ABŞ dollarına 0,8505 manat), minimum isə 3 və 4 oktyabrda (1 ABŞ dollarına 0,8502 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 1-də - 0,8505AZN/USD məzənnəsi ilə $0,55 mln., 2 oktyabrda - 0,8504 AZN/USD məzənnəsi ilə $9,48 mln. və 5 oktyabrda - 0,8503 AZN/USD məzənnəsi ilə $4,06 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
24sentyabr 0,8515 1oktyabr 0,8510
25sentyabr 0,8515 2oktyabr 0,8509
26sentyabr 0,8514 3oktyabr 0,8508
27sentyabr 0,8513 4oktyabr 0,8507
28sentyabr 0,8512 5oktyabr 0,8507
Həftə ərzində orta 0,85138 Həftə ərzində orta 0,85082
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
24sentyabr 0,8515 1 oktyabr 0,8505
25sentyabr 0,8515 2 oktyabr 0,8504
26sentyabr 0,8511 3 oktyabr 0,8502
27sentyabr 0,8509 4 oktyabr 0,8502
28sentyabr 0,8507 5 oktyabr 0,8503
Həftə ərzində orta 0,85114 Həftə ərzində orta 0,85032

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət 16 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərindən istifadə müddəti 2008-ci il yavarın 1-də tamam olur.

Xəbər lenti

Xəbər lenti