...

Bakı Banklararası Valyuta Birjası "Nikoyl" bankı ilə birlikdə ölkənin valyuta bazarında SWAP-alətlərinin tətbiq edilməsi üstünlükləri üzrə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Bakı Banklararası Valyuta Birjası" (BBVB) "Nikoyl" bankı ilə birlikdə ölkənin valyuta bazarında SWAP-alətlərinin tətbiq edilməsi üstünlükləri və onların praktiki istifadəsi məsələləri üzrə seminar keçirib.

Eyni zamanda "Azəriqazbank" səhmdar-investisiya bankının baş qərargahında keçirilən birgünlük seminarda 15 kredit təşkilatı xəzinədarları və Azərbaycan Respublikası Milli Bankının (ARMB) nümayəndəsi iştirak edib. İştirakçıların məxsusi diqqəti bank likvidliyinin SWAP-əqdlərinin bağlanması vasitəsilə idarəedilməsinin yeni imkanları üzərinə yönəldilib.

BBVB valyuta ilə SWAP-əməliyyatlarının tətbiqinə 2005-ci ilin iyun ayından başlayıb. BEST ticarət sistemində elektron hərraclar iştirakçılarına təqdim olunan xidmətlər seçiminin tədricən genişləndirilməsi məqsədilə birja SWAP-əməliyyatlarının keçirilmə və həmin əməliyyatlar üzrə hesablaşmaların aparılma qaydalarını təsdiq edib, həmçinin hərraclar reqlamentinə müvafiq əlavələri tətbiq edib.

SWAP-əqdin bağlanması iki müxtəlif istiqamətli sövdələşmənin bağlanmasına (alqı/satqı və ya satqı/alqı) səbəb olur. Birinci əqd baza məzənnəsi adlanan məzənnə ilə bağlanılır, ikinci əqd, müvafiq olaraq baza + SWAP-əqdinin qiyməti. Baza məzənnəsi kimi ARMB-nin cari tarixə rəsmi məzənnəsi götürülür, buna görə də hərrac iştirakçıları öz sifarişlərində yalnız "svop mövqeləri" adlanan SWAP-əqdinin qiymətini qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti