...

Azərbaycan və Litva Iqtisadi Əməkdaşlıq Komitəsinin yaradılması perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Litva Seyminin (Parlamentinin) xarici işlər daimi komitəsinin sədri Yustonas Karosasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi inkişaf naziri Heydər Babayevin görüşündə Azərbaycan-Litva İqtisadi Əməkdaşlıq Komitəsinin yaradılması perspektivləri müzakirə olunub. Bu barədə Nazirliyin məlumatında göstərilib.

Görüşdə Azərbaycan-Litva iqtisadi əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Yustonas Karosas Azərbaycan və Litva arasında iqtisadi-ticarət əlaqələrinin arzuolunan səviyyədə olmadığını, ölkələr arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti