...

Azərbaycan Dəniz Administrasiyasının rəhbəri İMO-nun Assambleyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 16:15 (UTC +04:00)

Azərbaycan,Bakı,/ Trend müxbir S.Əliyev/2007-ci il noyabrın 19-dan 30-dək Londonda Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25-ci Assambleyası keçiriləcək

Assambleyanın iştirakçıları İMO-ya üzv 182 dövlətin nümayəndə heyətlərindən, həmçinin Azərbaycan nümayəndə heyətindən ibarətdir. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov başçılıq edir.

Sessiyanın gündəliyində Assambleyanın prezident və vitse-prezidentinin (iki il müddətinə) seçilməsi, Komitə Şurasına seçkilər, işçi komitələrin yaradılması,komitələrin strateji proqramları, İMO-ya üzv dövlətlərin nümayəndələrinin hesabatları, audit-yoxlamaların plan-qrafiki, dəniz təhlükəsizliyi üzrə komitələrin hesabatı, yurisdiksiya, dəniz mühitinin mühafizəsi və texniki komitənin məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti