...

Azərbaycanda tikinti sektorunda vergilərin yığımı ilə bağlı tədbirlər gücəndiriləcək- nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 18:20 (UTC +04:00)
Azərbaycanda tikinti sektorunda vergilərin yığımı ilə bağlı tədbirlər gücəndiriləcək- nazir

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Vergilər naziri Fazil Məmmədovun bazar ertəsi verdiyi məlumata görə, Azərbaycanın Vergilər Nazirliyi 2008-ci ildən ölkənin tikinti sektorunun iştirakçılarının vergilərin ödənilməsinə cəlb edilməsi ilə bağlı tədbirləri gücləndirmək niyyətindədir.

"Tikinti sektorunda vergi yığımlarının səviyyəsi, işlərin həcmi ilə müqayisədə, kifayət deyil" - nazir bildirib.

Nazirin sözlərinə görə, tikinti sektorunda vergilərin yığımı ilə bağlı tədbirlərin gücləndirilməsi 2008-ci il yanvarı 1-dən başlayacaq.

Azərbaycanın Nazirlər Kabineti noyabr ayında "Şəhər və rayon əraziləri üzrə mənzil-tikinti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergilərin əmsalları"nı təsdiq edib.

Azərbaycan prezidenti İlham Əliyev doqquz ay ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdakı məqsədlərə həsr olunmuş iclasında bildirib ki, ölkənin tikinti sektoru üzərində nəzarətin gücləndirilməsi sürətləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti