...

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ 2008-ci il yanvarın sonu fevralın əvvəlində İtaliyanın xarici ticarət naziri Emmo Boninonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cani Luici Maşa məlumat verib.

İtaliyalı diplomat bildirib ki, nümayəndə heyətinin tərkibinə biznesmenlər də daxil olacaq. İtaliya nümayəndə heyətinin Bakıya səfər çərçivəsində Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.

Mart-apreldə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Milana səfər edəcək. Burada Azərbaycanın investisiya və biznes mühiti təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti