...

Azərbaycan Afrika taununun yayılmasının qarşısını almaq üçün hər bir şeyi edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 16:08 (UTC +04:00)
Azərbaycan Afrika taununun yayılmasının qarşısını almaq üçün hər bir şeyi edir

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir S.Babayeva / Azərbaycanın Qəbələ rayonunun ərazisində Afrika taununun aşkarlanması ilə yaranan vəziyyət ciddi nəzarət altındadır,-- çərşənbə axşamı kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

"Hesab edirəm ki, görülən tədbirlər nəticəsində, virusun yayılma sahəsi genişlənməyəcək", - nazir deyib.

Azərbaycanın Dövlət Baytarlıq Xidməti yanvarın 28-də Nic kəndində (Qəbələ rayonu) donuzlar arasında Afrika taununun aşkarlanmasından sonra karantin tətbiq edib. Azərbaycan ərazisində Afrika taunu xəstəliyi ilk dəfə qeydə alınıb.

Nazirin sözlərinə görə, virusun qarşısını almaq üçün hər şey edilir: dezbaryer tətbiq edilib, kəndə bütün giriş və çıxışlar bağlanılıb.

2007- ci ildə virus Gürcüstan və Ermənistanda aşkar edilib. Gürcüstanda Afrika taunu virusu yayıldığından, Azərbaycanın ötən il iyunun 7-də bu ölkədən donuz ətinin alınmasına qoyduğu qadağa qüvvədə qalır. Dağlıq Qarabağ münaqişəsiləbağlı olaraq, Ermənistanla heç bir iqtisadi əlaqə mövcud deyil.

Nic kəndində 190 -dan çox donuz məhv edilib və zərərsizləşdirilib. Ümumilikdə kəndin ərazisində 4,6 min baş donuz təsərrüfatda saxlanılır.

Ölkədə donuzçuluq təsərrüfatı Zaqatalada, Şəkidə, Balakəndə, Gəncədə və Bakının ətrafında saxlanılır.

Donuzların Afrika taunu (Pestis africana suum) - kəskin virus xəstəliyidir. Retikul-endotelial sisteminin zədələnməsi ilə səciyyələnir. Təbii şəraitdə bütün yaşlarda vəhşi və ev donuzları xəstəliyə həssasdır. Təbii yoluxma xəstə və sağlam donuzların və virus daşıyıcılarının təmasından baş verir. İnfeksiya yemin, otlağın, nəqliyyat vasitələrinin vasitəsilə yayılır. Həşəratlar, yırtıcı quşlar, vəhşi heyvanlar virus daşıyıcıları ola bilər. İnkubasiya dövrü - iki - beş gündür. Müalicəsi hələ hazırlanmayıb. Xəstəliyin təhlükə dərəcəsi yüksək olduğundan və çox tez yayıldığından, profilaktiki tədbirlər şübhəli sayılan heyvanların dərhal təcrid edilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti