...

Naxçıvan MR- də yükdaşımaların həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend / 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında (NMR) nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 8,6 mln. ton yük və 47,3 mln. sərnişin daşınıb,-- NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildirilib. 2006-ci ilə nisbətən yük daşınmalarının artımı 7,1 faiz, sərnişin daşınma - 8,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə Azərbaycanın nəqliyyat sektorunda 167,3 mln. ton müxtəlif yük daşınıb, bu da 2006-cı ilə nisbətən 14,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti