...

"ExxonMobil" ilə PDVSA arasında fikir ayrılığı Venesuela neftinin ABŞ-a tədarükünə qısamüddətli təsir etməyəcək - JP Morgan

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 14:12 (UTC +04:00)
"ExxonMobil" ilə PDVSA arasında fikir ayrılığı Venesuela neftinin ABŞ-a tədarükünə qısamüddətli təsir etməyəcək - JP Morgan

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Bədəlova/ Amerikanın böyüklüyünə görə, üçüncü bankı olan "JP Morgan"nın proqnozlarına görə, Amerikanın iri "ExxonMobil" şirkəti və Venesuelanın dövlət neft şirkəti "Petroleos de Venezuela" (PDVSA) arasında fikir ayrılığı Amerikaya Venesuela neftinin tədarükünə qısa müddətli təsir etməyəcək.

2007-ci iln yanvar ayında Venesuela prezidenti Uqo Çaves Orinoko çayı hövzəsində neft yataqlarının milliləşdərilməsinə dair dekret imzalayıb. Sənədə əsasən? 2008-ci il mayın 1-dək xarici şirkətlər neft hasilatı üzrə layihələrdə 60 faizdən çox həcmdə iştirak paylarını PDVSA şirkətinə satmalıdır. "ExxonMobil" Çavesin şərtləri ilə razılaşmayıb və Venesueladakı layihə payları üzərindəki nəzarəti itirib. Cəvabında "ExxonMobil" "Petroleos de Venezuela"nın (PDVSA) məhkəmə yolu ilə 12 mlrd. dollar məbləğində aktivlərinin dondurulmasına nail olub.

"Venesuelnın Amerika şirkətləri ilə fikir ayrılığı, həmçinin, Kolumbiya ilə artan gərginlik yaxın aylarda onu (Venesuelanı) bazarın saxlanılmasının psixoloji amilinə çevirəcək" - deyə Trend a "JP Morgan Chase Bank"ın analitiki Kristi Cons (Kristi Jones) bildirib.

Venesuela ABŞ-a neft ixracının həcminə görə, dördüncü yeri tutur. Venesueladan hər gün Amerikaya, qismən "ExxonMobil"ə məxsus olan və PDVSA müəssisələrində emal olunan təxminən 1,5 mln. barel neft tədarük olunur. Venesuela neftini emal etmək imkanında olan Neft emalı zavodlarının əksəriyyəti ABŞ - da yerləşir, onlardan beşi PDVSA-nın tötəmə şirkəti olan "Citgo"ya məxsusdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti