...

İsrail Bakıya Azərbaycandan mühacirət edən yəhudiləri pensiya ilə təmin etməyi təklif edir – Sosial Fondun rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 14:52 (UTC +04:00)
İsrail Bakıya Azərbaycandan mühacirət edən yəhudiləri pensiya ilə təmin etməyi təklif edir – Sosial Fondun rəhbəri (video)

Azərbaycan, Bakı, 11 mart / " , müxbir U.İsmayılova/ İsrailin Milli Sığorta İnstitutu Azərbaycanın Sosial Müdafiə Fonduna Sovet dönəmində Azərbaycanda yaşamış və sonradan İsrailə köçmüş yəhdilərin sosial sığortasını təmin etməyi təklif edir. Bu barədə çərşənbə axşamı Bakıda Fond rəhbəri Səlim Müslimov məlumat verib.

"Bu cür müqavilənin imzalanmasının təşəbbüskarı İsrail tərəfi olub, lakin biz digər məsələlər bazasında ikitərəfli müqavilə imzalamaq niyyətindəyik" - deyə Muslimov bildirib.

Çərşənbə axşamı Bakıda Azərbaycan Sosial Müdafiə Fondunda Fond rəhbəri ilə İsrailin Azərbaycandakı səfiri Artur Lenk başda olmaqla İsrailin numayəndə heyəti arasında görüş keçirilib.

Müslimovun sözlərinə görə, İsrail tərəfi Fonda Sovet dönəmində Azərbaycanda, indi isə İsraildə yaşayan yəhudilərin sosial sığortasını (pensiya) təmin etməyi təklif edir.

Müslimov vurğulayıb ki, Fond bu cür müqavilənin imzalanmasına hələ ki, razılıq verməyib. Bundan əlavə Sosial Müdafiə Fondu digər ölkələr ilə analoji müqaviləyə malik deyil. "Əgər onlarda belə bir təcrübə varsa, biz onları öyrənmək niyyətindəyik, bu əlavə informasiya nöqteyi nəzəridən də maraqlı olardı" - deyə Müüslimov əlavə edib.

Azərbaycan tərəfi hesab edir ki, Sovet dönəmi daxil olmaqla və iş stajı nəzərə alınmaqla hər iki ölkədə yaşayan bütün vətəndaşların (Azərbaycanda yaşayan yəhudilər və İsraildəki azərbaycanlılar) qarşılıqlı sosial təminat məsələləri üzrə ikitərfli müqavilənin imzalanması realdır.

Azərbaycan Sosial Müdafiə Fondu Türkiyə, Gürcüstan, Polşa və Ukrayna ilə qarşılıqlı sosial təminata dair niyyət protokoluna malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti