Azərbaycan, Bakı, 05may / Trend Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 05 may tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8280 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarsya görə 0,8282 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 6 692 263 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8280 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə 8 082 000 ABŞ dolları və ya 6 692 263 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 616 400 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,64%, ABŞ dolları üzrə isə illik 16,50% təşkil edib.
Gün ərzində banklar arasında həcmləri 1 000 000 AZN və 2 000 000 USD müddətləri 30 və 3 gün təşkil edən 2 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri müvafiq qaydada illik 14% və 15% təşkil edib.