...

Nəqliyyatda iş daimi tətillərlə müşayiət ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / " / Dünya üzrə nəqliyyat sektorunda iqtisadiyyatın digər sekutorlarına nisbətdə daha tez-tez tətillərin baş verdiyini aydın görmək olar. Bu, 1993-cü il 23 noyabr tarixli 93/104/Aİ Avropra Direktivi ilə izah oluna bilər. Bu Direktiv aviasiya, dəmir yolu, avtomobil, dəniz, çay və göl nəqliyyatı, dəniz balıqçılığı və həkim-ordinatorların fəaliyyətindən savayı istənilən fəaliyyət üçün tətbiq edilən iş vaxtının məhdudlaşdırılmasını nəzərdə tutur. Əməyin bu formada nizamlanması nəqliyyatda problemlərə səbəb olur və müntəzəm tətillərin keçirilməsi ilə müşayiət olunur.

Belə olan təqdirdə Azərbaycanın nəqliyyat sektoru da istisna olunmur və buna açıq misal kimi mayın əvvəlində Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin Bakının Biləcəri qəsəbəsində yerləşən lokomotiv deposunda işçilərin tətilini qeyd etmək olar. İşçilər əmək haqlarının minimum iki dəfə artırılması tələbi ilə çıxış edirdilər.

Tətil hüquq mühafıizə orqanları və Dəmir Yol İdərəsi tərəfindən dayandırıldı. Məsələ ondan ibarətdir ki, Azərbaycanın Əmək Məcəlləsinin 281-ci maddəsinə əsasən, dəmiryolçular tətil etmək hüququna malik deyil, çünki dəmir yolu nəqliyyatı insanların sağlamlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən xidmət sahəsinə aiddir. Maddədə qeyd olunur ki, əgər tərəflər bu sahələrdə yaranan kollektiv əmək mübahisələrini barış üsulları ilə həll edə bilmirlərsə, icbari arbitraj tətbiq edilir. Buna görə də aksiya iştirakçılarına ali orqanlara yazılı müraciət etmək təklif olunub.

Aksiya iştirakçılarının nümayəndələrindən ibarət qrup mayın 7-də yaranan vəziyyəti müzakirə etmək üçün Dəmir Yol İdarəsinə dəvət olunmuşdular. Xatırladaq ki, fevral ayında bu deponun əməkdaşları əmək haqlarının qaldırılması tələbi ilə artıq bir dəfə tətil keçirmişdilər. Dəmir Yol İdarəsinin rəhbərliyi ilə görüşdən sonra tətil dayandırılmışdı. 

Əminliklə demək olar ki, əgər nəqliyyat sektorunda fəaliyyət göstərən işçilər üçün əlverişli iş şəraiti yaradılmasa, burada tətil adi hal şəklini alacaq. Dünya təsərrüfatında nəqliyyatın ümumi pay göstəricilərinin stabil olmasına baxmayaraq, sahələr daxilində məşğulluq strukturu nəqliyyatın növləri üzrə səmərəlilikdə olduğu kimi, dayanmadan dəyişir. Əgər kənd təsərrüfatı və sənaye daha az insanla təmin oluna bilərsə, nəqliyyat sektoru işlərin ümumi tərkibi üzrə artmaqda davam edir.

Ötən ilin sonundan 2008-ci ilin aprel ayına qədər Rusiya, Fransa, Almaniya, Bolqarıstan və Macarıstanın dəmir yolu nəqliyyatında tətillər keçirilib. Onların əksəriyyəti nəqliyyatçıların xeyrinə başa çatıb. Almaniyalı dəmiryolçular əmək haqlarının 11 faiz qaldırılmasına və eyni zamanda hər işçiyə 800 avro verilməsinə nail olublar. Onların macarıstanlı həmkarları marşrutların və şəhərətrafı daşımaların azaldılmasına qarşı çıxış ediblər və öz istədiklərinə nail olublar. Onlar eyni zamanda əmək haqlarının 10 faiz artırılmasını da tələb ediblər.

Dəmir Yol İdarəsinin məlumatına görə, Azərbaycanda 2008-ci il aprel ayının 1-dən dəmir yolunun bütün əməkdaşlarının əmək haqları 28,6 manat qaldırılıb. Bu, tətilçilərə də şamil edilib. Bu gün dəmir yolu üzrə orta aylıq əmək haqqı 302 manat təşki edir ki, qaldırılmamışdan öncə bu rəqəm 274 manat idi.

Ellada Xankişiyeva, Trend ın Analitika Mərkəzinin direktoru

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : Capital

Xəbər lenti

Xəbər lenti