Azərbaycan, Bakı, 14 may / Trend , müxbir S.Babayeva / Qazaxstan yazdan payızadək taxıl ixracına qoyduğu qadağa şərtlərilə, Azərbaycan şirkətlərinə taxıl göndərməyə razılıq verib.
"Azərbaycan bu məsələni Astanada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası kommisiyanın iclasında qaldırıb", - çərşənbə günü Azərbaycanın Kənb Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının emalı, istehsalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəhbəri Sabir Vəliyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan hökumətilə əldə olunan razılığa görə, əvvəllər ödənilmiş müqavilələr əsasında Azərbaycana 150-200 min ton taxıl daxil ediləcək.
Qazaxıstan aprel ayında şəxsi taxılının ixracını dayandırıb. Taxıla qoyulan qadağa payızadək davam edəcək. Qadağa dünya bazarında bu məhsula olan yüksək qiymətlər nəticəsində, daxili bazarın müdafiəsi və istehsalçıların bu məhsulu ölkə xaricində baha qiymətə satması məqsədilə qoyulub.
Azərbaycanın idxal-şirkətləri aprelədək, Qazaxıstanın taxıl ixracına qoyduğu qadağadan əvvəl, qonşu Xəzər ölkəsinin taxıl istehsalçıları ilə müqavilə bağlayaraq, ilkin ödəmələr ediblər. Lakın apreldə qadağa qoyulduqdan sonra, məhsulun bir hissəsini ödəmiş Azərbaycan şirkətləri Qazaxıstanda idxal problemləri ilə qarşılaşıblar.
"Bu gün Azərbaycanda taxıl çatışmazlığından söhbət gedə bilməz. Ölkədəki taxıl ehtiyatlarının müəyyənləşdirilməsi üzrə aparılan monitorinqin ilkin nəticələri bu məhsulun kifayət qədər olduğunu göstərir", - kənd təsərrüfatı nazirliyinin nümayəndəsi əlavə edib.
Vəliyevin sözlərinə görə, ölkədəki taxılın təxmini həcmi 410 min ton təşkil edir.
Əlavə 15-20 min ton taxıl "Bakı taxıl terminalı" BM-nin payına düşür.
Azərbaycan kənd təsərrüfatı nazirliyi 2008-ci ildə 2,3 - 2,4 mln.ton, ehtiyac olduqda 3 mln.ton taxıl istehsal etməyi nəzərdə tutur. İstehsal olunacaq taxılın 1,5 mln. tonu ərzaq taxılı təşkil edir.