...

"General Motors Uzbekistan" avtomobil zavodu artıq bu il tam layihə gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 14:06 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 06 iyun / Trend Cap , müxbir T.Jukov/ 2008-ci ildə "General Motors Uzbekistan" ("GM Uzbekistan" BM) avtomobil zavodu ildə 200 min minik avtomobili istehsal gücünə keçəcək. 2010-cu ildən illik istehsal həcmini 250 min ədədə çatdırmaq planlaşdırılır. Bu haqda "GM Uzbekistan" BM-nin baş direktorunun müavini Qeri Ueston Daşkənddə mətbuat konfransında bildirib.

Uestonun sözlərinə görə, avtomobil zavodunda eksklüziv avtomobil modellərinin istehsalı planlaşdırılır. Sözügedən avtomobillər 35 ölkədə istehsal fəaliyyəti göstərən "General Motors" ("GM") korporasiyasının heç bir zavodunda artıq buraxılmayacaq.

İllik 200 min maşın istehsal gücü olan "Uz-Daewoo Auto" (Asaka ş., Andijan vilayəti) avtomobil zavodu Cənubi Koreyanın "Daewoo Motor" və Özbəkistan hökumətinin iştirakı ilə 1996-cı ildə istismara verilib. "Daewoo"nun müflisləşməsindən sonra "GM" Cənubi Koreya istehsalçısının əsas aktivləri bazasında "GMDAT" ("GM Daewoo Auto & Technology") müəssisəsini təsis edib.

Öz növbəsində, Özbəkistan avtomobil zavodunda "Daewoo Motor"a məxsus 50 faiz pay 2005-ci ildə bütövlüklə "Uzavtosanoat" ("Uzavtoprom") səhmdar şirkətinin nəzarəti altına keçib. 2007-ci ilin mayında hökumət və "GM" bir sıra avtomobil modellərinin genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

2007-ci ilin oktyabrında dünyada iri avtomobil istehsalçı olan Amerikanın "General Motors" şirkəti Özbəkistanla birgə "Uz-Daewoo Auto" avtomobil zavodu bazasında avtomobillərin istehsalı və satışı üzrə birgə müəssisə yaradıb. Ötən ilin oktyabrından başlayaraq ilk üç model - sedan Epica, vnedorojnik Captiva və miniven Tacuma - növbəti üç ildə konveyer istehsal imkanları genişləndirilənədək istehsal olunmağa başlayıb. 2008-ci ilin sonunadək hökumət maşın komplektlərindən 2.592 ədəd sözügedən avtomobil markasını yığmağı planlaşdırır.

Hazırda "Daewoo" markası altında buraxılan "Nexia", "Matiz" və "Damas" konveyer avtomobilləri "Chevrolet" modellərilə birləşdiriləcək və nəticədə müasirləşdiriləcək.

"Uzavtosanoat" SŞ İdarə Heyətinin sədri Uluqbek Rozukulovun verdiyi məlumata görə, 2008-ci ilin yanvar-aprelində "Asakin" avtomobil zavodunun konveyer avtomobillərinin istehsalı 2007-ci ilin analoji dövr göstəricisilə müqayisədə 23,3 faiz artaraq 61 mindən çox avtomobil təşkil edib. Bu istehsal artımı tendensiyası davam etdiriləcək, beləki hazırda istehsalın optimallaşdırılması, həmçinin yeni ştamp sexinin tikintisi ilə bağlı böyük işlər görülür.

Şirkət analitiklərinin proqnozlarına görə, Özbəkistanın minik avtomobilləri və vnedorojniklərinin yalnız MDB ölkələrinə ixracı 2012-ci ilədək 1,7 dəfə artacaq.

Xəbər lenti

Xəbər lenti