...

Mayda Bakıda ilkin mənzil təqribən 5 faiz bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2008 12:15 (UTC +04:00)
Mayda Bakıda ilkin mənzil təqribən 5 faiz bahalaşıb

Azərbaycan, Bakı, 19 iyun/ Trend müxbir Ü.İsmayılova/ Mayda Bakıda ilkin daşınmaz əmlak bazarında bir kvadratmetr yaşayış sahəsinin orta qiyməti 4,3 faiz -$1138-dək artıb. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat veriblər. Apreldə ilkin bazarda bir kvadratmetr mənzilin qiyməti $1091 təşkil edib.

Əvvəlki aylarda olduğu kimi, bu ay da tikililərin əksrəiyyəti Bakının Yasamal rayonunun payına düşüb. Tikilən obyektlərin sayına görə ikinci yeri Xətai, üçüncü yeri isə, Nəsimi rayonları tutur.

Mayda ilkin bazarın portfelində üçotaqlı mənzillərin payı çoxluq təşkil edib. Mayda yeni tikilən binalarda birotqalı mənzillərin orta sahəsi 58,8 kv.m, ikiotaqlı - 92,6 kv. m, üçotaqlı - 136 kv.m, dördotaqlı - 180,6 kv.m, beşotaqlı - 233,8 kv. m təşkil edib.

İctimai Birliyin monitorinqinin yekunlarına əsasən, mayda Bakıda 217 tikinti şirkəti tərəfindən 556 bina tikilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti