Azərbaycan, Bakı, 01 sentyabr/ Trend Cap müxbir Ü.İsmayılova/ İyulda ən bahalı torpaq sahəsi bir sotuna görə $400 min qiymətlə Bakının Nərimanov rayonunda, ən ucuz - bir sotuna görə $500 qiymətlə Sabunçu rayonunda təklif edilib, -"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bazar ertəsi bildiriblər.
İyulda bir sotun orta qiyməti iyun üzrə göstəriciyə nisbətən 3,2 faiz - $24865-dək azalıb.
İyulda bazara təklif edilən 819 ha torpağın 76,3 faizi boş sahələrin payına düşüb.
Ümumi cədvəl şəhərin zonaları üzrə Bakıda torpaq sahələrinin qiymətlərinin dəyişməsini göstərir:
Şəhərin zonası | Bir sotun qiyməti, $ | Qiymətlərdə orta dəyişiklik, faizlə |
I | 223934 | -0,5 |
II | 134441 | -1,9 |
III | 36282 | 4,8 |
IV | 6790 | 9 |
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]