...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2008 11:20 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0014 bənd möhkəmlənib (0,14 faiz).

Keçən həftə orta məzənnə 1 ABŞ dollarına 0,81452 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi sentyabrın 5-də (1 ABŞ dolları üçün 0,8154 manat), minimum isə sentyabrın 1-də 1 ABŞ dollarına 0,8140 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
25avqust 0,8140 1sentyabr 0,8140
26avqust 0,8141 2sentyabr 0,8144
27avqust 0,8137 3sentyabr 0,8145
28avqust 0,8132 4sentyabr 0,8143
29avqust 0,8134 5sentyabr 0,8154
Həftə ərzində orta 0,81368 Həftə ərzində orta 0,81452

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0022 bənd (0,22 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,81338 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi sentyabrın 5-də 1 ABŞ dollarına 0,8146 manat, minimum isə 1-2 sentyabrda 1 ABŞ dollarına 0,8124 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 1 sentyabrında - 0,8124AZN/USD məzənnəsi ilə $0,475 mln., 2 sentyabrında - 0,8124 AZN/USD məzənnəsi ilə $3,577 mln., 3 sentyabr - 0,8138 AZN/USD məzənnəsi ilə $2,491 mln., 4 sentyabr - 0,8137 AZN/USD məzənnəsi ilə $5,375 mln., 5 sentyabr - 0,8146 AZN/USD məzənnəsi ilə $4,65 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
25avqust 0,8140 1sentyabr 0,8140
26avqust 0,8141 2sentyabr 0,8144
27avqust 0,8137 3sentyabr 0,8145
28avqust 0,8132 4sentyabr 0,8143
29avqust 0,8134 5sentyabr 0,8154
Həftə ərzində orta 0,81368 Həftə ərzində orta 0,81452
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
25avqust 0,8119 1sentyabr 0,8124
26avqust 0,8133 2sentyabr 0,8124
27avqust 0,8133 3sentyab 0,8138
28avqust 0,8133 4sentyabr 0,8137
29avqust 0,8124 5sentyabr 0,8146
Həftə ərzində orta 0,81284 Həftə ərzində orta 0,81338

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və ötən həftənin 18 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərindən istifadə müddəti 2010-cu ilin yanvarın 1-dək müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti