...

Bakı Banklararası Valyuta Birjası sentyabrın 15 - nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, sentyabrın 15 - də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8114 AZN AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollara görə 0,8150 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 10 548 200 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi 0,0036 bənd artıb və 1 ABŞ dollarına görə 0,8114 təşkil edib.

BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 21 948 690 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8114 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə $ 40 050 000 və ya 32 496 890 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına $5 006 250 düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,56%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti