...

Rusiyanın OPEK-ə daxil olması ölkəni kartelin rəqibinə çevirə bilər – amerikalı analitik

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2008 10:40
Rusiyanın OPEK-ə daxil olması ölkəni kartelin rəqibinə çevirə bilər – amerikalı analitik

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir A.Bədəlova/ "Rusiyanın OPEK ilə əməkdaşlığı və təşkilata daxil olması gələcəkdə onu kartelin rəqibi roluna təhrik edə bilər,- Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin eksperti Endrü Rid (Andrew Reed) hesab edir.

Rusiya dünya neft bazarında qiymətləri sabitləşdirmək üçün OPEK - ə səyləri birləşdirməyi təklif edib. RF-nin energetika naziri Sergey Şmatkonun sözlərinə görə, cari ilin oktyabrında Rusiya və OPEK-in əməkdaşlıq memorandumu imzalayacağı gözlənilir.  Energetika Nazirliyi müvafiq təkliflər hazırlayır və OPEK-in növbəti sessiyasında bu təkliflər açıqlanacaq. Rusiya kartelə daxil olmaq barədə rəsmi sorğu göndərməsə də, OPEK-in prezidenti və Əlcəzairin energetika naziri Şakib Xəlil Rusiyanı üzvlərdən biri kimi görmək arzusunu ifadə edib.

"Rusiyanın dünya neft ixracına nəzarət üçün OPEK ilə sövdələşməsinin prespektivləri narahatlıq doğursa da, bu baş verməyəcək", - Rid cümə günü elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, Rusiya OPEK-ə qoşularsa, dünya neft hasilatında kartelin payı sutkada təxminən 10 mln. barel artacaq və nəticədə, dünya hasilatının yarıdan çoxunu təşkil edəcək.

"Lakin Rusiya iqtisadi artımın təmin edilməsi, artan büdcəni maliyyələşdirmək və tikinti mərhələsində olan, ölkənin daxili inkişafı və geosiyası maraqları üçün həlledici əhəmiyyəti olan yeni boru kəmərlərinin doldurulması üçün cari neft hasilatını dəstəkləmək və artırmaq əzmindədir, - o bildirib. Bundan əlavə, Qərblə münasibətlərin pisləşməsinə baxmayaraq, Rusiya onun tərəfdaşı olmaq istəyir".

Digər Qərb eksperti - İtaliyanın Bruno Leoni institutunun energetika departamentinin direktoru Karlo Staqnaronun (Carlo Stagnaro) rəyinə görə, Rusiyanın OPEK-ə mümkün üzvlüyü nəyisə əhəmiyyətli dərəcədə dəyişə bilməyəcək, onların əməkdaşlığı isə siyasi mahiyyət kəsb edəcək.

"Rusiya üçün neftin hasilat həcmini azaldıb-azaltmamaqla bağlı məsələləri həll etmək əvəzinə, hasilatı sabit səviyyədə saxlamaq çox vacibdir", - o, elektron poçtla Trend -a bildirib.

Dünya neft hasilatının 42 faizini təmin edən OPEK-in tərkibinə Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İran, İraq, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.

2007-ci ildə OPEK-in təsdiq olunmuş xammal ehtiyatlarında Rusiyanın neft ehtiyatının xüsusi çəkisi 8 faiz olub. Ötən ildə OPEK-in ümumi istehsalında Rusiyanın neft hasilatının xüsusi çəkisi 2,8 faiz təşkil edib.

BP-nin "Dünya energetikasının vəziyyəti haqqında - 2008" hesabatına əsasən, 2008-ci il yanvarın 1-də OPEK ölkələrinin təsdiq edilmiş neft ehtiyatları 934,7 mlrd. barelə bərabər olub. BP-nin məlumatlarına əsasən, Rusiyanın təsdiq edilmi. neft ehtiyatları 79,4 mlrd. bareldir.

2007-ci ildə OPEK ölkələrində sutkalıq neft hasilatı 35,2 mln. barel olub. Ötən il Rusiyada neft hasilatı sutkada 9,9 mln. barel təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti