Azərbaycan, Bakı, 03 oktyabr / Trend / Bu gün Həştərxanda Xəzəryanı dövlətlərin I Hökumətlərarası iqtisadi konfransı açılır. Konfransda iki gün ərzində Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan hökumətlərinin və iri beynəlxalq şirkətlərin nümayəndələri Xəzəryanı regionun sərmayə cəhətdən cəlb ediciliyini müzakirə edəcəklər, - Qazinform-un müxbiri xəbər verib.
Təşkilatçıların fikrincə, konfrans, Xəzəryanı region ölkələri üçün əsas iqtisadi hadisə, uzunmüddətli sərmayə, iqtisadi, nəqliyyat və ekoloji proqramların həyata keçirilməsi üzrə proqramın müzakirəsi və formalaşdırılması meydançası olacaq. Tədbirlər qapalı formatda keçiriləcək. Proqramda çox sayda məsələlərin, o cümlədən iqtisadi əməkdaşlığın, neft-qazın nəqli infrastrukturunun inkişaf perspektivləri və regionun ekoloji təhlükəsizliyi məsələlərinin müzakirəsi planlaşdırılıb.