...

Yaponiyanın "Sojitz" korporasiyası Özbəkistanda uran hasil etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2008 15:02 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 10 oktyabr / Trend , müxbir T.Jukov/ Yaponiyanın"Sojitz Crop." korporasiyası Özbəkistanda uranın hasil edilməsi üzrə birgə müəssisə yaratmaq niyyətindədir, Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.

Yaponiyanın korporasiyası və Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsi arasında Niyyət Protokolu imzalanıb, Dövlət Komitəsinin informasiya mərkəzindən Trend -a bildiriblər. Özbək tərəfi їSojitzї korporasiyasına Mərkəzi Qızılqum səhrasında № 4 filiz sahəsinin birgə işlənilməsi imkanlarının öyrənilməsinə eksklüziv hüquq verib. Eksklüziv hüququn müddəti 18 aydır.

2008-ci ilin sonunadək їSojitz Corpїun ekspertləri Özbəkistanın Dövlət Geologiya Komitəsinin göstərilən sahə üzrə təqdim etdiyi sənədləri öyrənəcək, sonra isə gələcək geoloji kəşfiyyatın aparılması imkanları haqqında qəti rəyə gələcəklər.

Sojitz Corporation (əvvəlki adı Nissho Iwai) Yaponiyanın illik dövriyyəsi $42,5 mlrd. olan aparıcı ticarət korporasiyalarından biridir. їSojitzїin atom sənayesində 50 ildən çox iş təcrübəsi var və Yaponiyaya sabit uran tədarükünü həyata keçirir. Korporasiya Tokio Fond Birjasında qeydiyyatdan keçib: onun kapitallaşması $5,3 mlrd. təşkil edir.

Dövlət Geologiya Komitəsinin məlumatlarına əsasən, respublikada uranın kəşf edilmiş ehtiyatları 185,8 min tondur. Proqnoz ehtiyatlar 242,7 min tona bərabərdir (2006-cı ildən 0,5 faiz çox). MAQATE-nin hesablamalarına əsasən, dünyanın uran ehtiyatlarının 3 faizindən çoxu respublika ərazisində cəmləşib. Özbəkistanın şəxsi atom sənayesi olmadığı üçün hasil edilən uran ixrac olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti