...

Azərbaycanda avtomobil bazarının problemləri istehlak kreditləşməsinin azalması ilə bağlı deyil - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Bəzi bankların istehlak kreditləşdirməsini dayandırması Azərbaycanın avtomobil bazarına təsir göstərməyib, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Ramil Osmanov çərşənbə axşamı bildirib.

"Ölkənin avtomobil bazarının problemləri xarici yox, daxili amillərlə bağlıdır", - Osmanov bildirib.

Ekspertin sözlərinə görə, bazarın problemləri kreditlərin dayandırılması ilə bağlı olsaydı, məntiqə uyğun olaraq qiymətlər artmalıydı. Lakin sentyabrda avtomobillərin qiymətləri 10 faiz azalıb ki, bu da bazarda şəraitin pisləşməsi, kiçik sahibkarların sıxışdırılması və rəqabətqabiliyyətliliyin olmaması ilə bağlıdır.

Bankların bəzi avtomobil salonları ilə avtomobil alınmasına kreditlərin verilməsi üzrə müqavilələri pozmasına toxunan Osmanov bildirib ki, bu, qeyri-rəsmi məlumatdır və ümumiyyətlə yaranmış vəziyyətlə əlaqədar yaxın vaxtlarda avtomobil bazarında ciddi dəyişiklik gözlənilmir.

Bakı İəhəri İcra Hakimiyyəti yayda bütün qanunsuz avtomobil satışı məntəqələrini ləğv etmək və onların hamısını Yasamal rayonunda (Batamdar qəsəbəsi) avtomobil bazarında cəmləşdirmək barədə göstəriş verib.

Ekspertin rəyinə görə, bazarın çətin yerdə yerləşməsi ilə əlaqədar, ölkənin daşınmaz əmlak bazarının fəallığı xeyli azalıb.

Bankların dünya maliyyə böhranının təsiri altında istehlak kreditləşməsini dayandırmasınadək, Azərbaycanda avtomobil kreditləşdirməsi geniş inkişaf etmişdi. Avtomobil satışı üzrə alqı-satqı əməliyyatlarının təxminən 60 faizi kreditlərin payına düşürdü.

Bazar ertəsi Bank Respublika və Rabita Bank noyabrda istehlak kreditləşməsinin bərpa edilməsinin mümkünlüyü barədə bəyanat veriblər. Mugan Bank və Azerdemiryol Bank  bildirib ki, hələ ki kreditlərin verilməsi dondurulub. Atra Bank kreditlərin verilməsini dayandırmasa da, hazırda məhdud məbləğli istehlak kreditləri verilir. NBC Bank avtomobillərin yalnız Nurgun Motors şirkətindən alınmasını kreditləşdirir, qalan kreditlərin verilməsi hələ ki dayandırılıb. Bank of Baku hazırda yalnız istehlak kreditləri versə də, pul kreditləşdirməsi hələ bərpa edilməyib.

Kapital Bank oktyabrın əvvəlindən istehlak kreditlərinin verilməsini bərpa edib. UniBank istehlak kreditləri verməyə davam edir. Bank Standard-dan biliriblər ki, kreditlərin verilməsi zamanı seçki siyasətinə əsaslanırlar. AzeriGazBank praktiki olaraq kiçik kreditlərin verilməsini dayandırmayıb və indi əvvəlki rejimdə işini davam etdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti