Azərbaycan, Bakı, 23 oktyabr/ Trend / Qlobal maliyyə sistemində leverec (sərmayə yatırmaq üçün alınan borc vəsaitləri), riskləri qəbul etmə hazırlığı azaldıqca və dünya iqtisadiyyatının səngidikcə, qlobal kredit böhranı cari ildə dünyada kreditləşdirmənin real artımı iki dəfə azalmasına gətirəcək, - Fitch Ratings beynəlxalq Reytinq Agentliyinin "Bank sektorunda sistemli risklər" hesabatında bildirilir.
Fitch kreditləşdirmənin real artımının 2 dəfə - ilin sonunadək 7 faiz azalacağını və gələn il təxminən 5 faizədək düşəcəyini proqnozlaşdırır. Halbuki 2007-ci ildə artım templəri təxminən 16 faizlik ən yüksək həddə çatmışdı. Templərin səngiməsi əvvəlki kimi, Avropanın iqtisadiyyatı inkişafda olan ölkələrində daha çox nəzərəçarpacaq olsa da, ümumilikdə bütün regionlara toxunacaq. Fitch Latın Amerikasında kreditləşdirmənin artımın qəfil səngiyəcəyini proqnozlaşdırır. Əksinə, Yaxın Şərq, Afrika və Asiyada artım templərinin səngiməsinin daha az əhəmiyyətli olacağı gözlənilir.
Hazırda kredit artımının səngiməsi bir sıra amillərin birləşməsi ilə şərtlənir. İlk əvvəl qlobal maliyyə sistemində leverecin azalması gəlir. 2006 - 2007 - ci illərdə kreditləşdirmənin ÜDM-ə nisbətən artımın daha yüksək olduğu 20 ölkənin hamısı inkişaf etmiş iqtisadiyyatlı ölkələr və hazırda əsas maliyyə sarsıntısının qeydə alındığı Avropanın inkişafda olan iqtisadiyyatlı ölkələridir. Bundan əlavə, ötən il ərzində kreditləşdirmə/ÜDM və daşınmaz əmlakın real qiymətləri göstəricisi üzrə ümumi tendensiyadan daha güclü sapmalar göstərən bütün beş ölkənin (İslandiya, İrlandiya, Danimarka, İspaniya və Böyük Britaniya) bank sistemləri müxtəlif dərəcədə sarsıntı keçiriblər, - hesabatda bildirilir.
Fitch-in hesabatında bildirilir ki, xüsusilə də banklar tərəfdən riskləri qəbul etməmək istəyi artıb və ümumilikdə son ay ərzində inkişaf etmiş ölkələrdə bir sıra defoltlar və bankların udulmasında özünü göstərən domino effektinin əsas səbəbi olub. Bu daha çox ölkələrdə dövlətlər tərəfindən müdaxiləyə səbəb olub. Bu amil inkişafda olan ölkələrdə bəzi bank sistemlərində likvidliklə bağlı problemləri qismən izah edir. Xarici maliyyələşdirməyə (bank maliyyələşdirməsi və ya kapital bazarlarından cəlb edilən) çıxış daha çətin və bahalı olduqca, sarsıntı qalacaq.
İnkişafda olan iqtisadiyyatlı Avropa ölkələri bununla əlaqədar üstünlüyə malik ola bilərlər. Belə ki, xarici mülkiyyətin yüksək payı xarici fondlaşdırmanı ana və törəmə strukturlar arasında vəsaitlərin axınından daha çox asılı edir. Eyni zamanda, artım templərinin kəskin azalması perspektivlərinin olduğu ölkələrdə və xüsusilə də Baltikyanı ölkələrdə kreditləşdirmə meyarlarının sərtləşdirilməsinə göstərilən cəhdlərə dair artan sübutlar var. Sonuncu, lakin daha az əhəmiyyətli amil qlobal iqtisadiyyatın səngimə ilə üzləşməsindən ibarətdir. Aİ-nin bəzi ölkələri resessiyaya daxil olur,
ABŞ-ın üzərində də resessiya təhlükəsi dayanıb.
Fitch dekaplinq nəzəriyyəsinə daima şübhə ilə yanaşıb və gələn il əksər inkişafda olan ölkələrdə iqtisadiyyatın səngiməsini gözləyir. Bu, aktivlərin keyfiyyəti pisləşdikcə bank sistemində problemlərin güclənməsinə gətirəcək. Aktivlərin keyfiyyətinin pisləşməsi daha ənənəvi dövri xarakter daşıyacaq. Məlumatda bildirilir ki, əvvəlki hesabatın dərc olunduğu cari ilin aprelindən, inkişaf etmiş iqtisadiyyatlı bəzi dövlətlər üçün bank sistemi indikatoru (BSİ) pisləşib.