Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Bakı metropoliteni gələn ilin mart ayında "28 May" metro stansiyasında yeni çıxış istifadəyə verəcək. Bu barədə metropolitendəki mənbədən bildiriblər.
"Stansiyanın Salatın Əsgərova küçəsinə yeni çıxışının bayram günlərinin birində - 21 və ya 22 martda açılması planlaşdırılır", - deyə mənbə bildirib.
"İçəri şəhər" metro stansiyasının yenidən qurulması üzrə işlər də davam etdirilir. Mənbə stansiyanın noyabrın sonlarında istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
Əvvəllər "İçəri şəhər" metro stansiyası yenidənqurma və bərpa işləri səbəbindən bağlanmışdı. Hazırda burda əsaslı təmir işləri aparlır, zahiri dəmir - beton konstruksiya şəffaf şüşə piramida ilə əvəz ediləcək. Dəmir - beton konstruksiyanın şüşə ilə əvəzlənməsində məqsəd qədim şəhərin Qala divarlarının görünüşünü yaxşılaşdırmaqdan ibarətdir.
Stansiyanın yenidən qurulması layihəsi "Gadish Gurevich International Ltd"şirkəti tərəfindən hazırlanıb. Metal konstruksiya, şüşə və ventilyasiya sistemi Bakı metropoliteninin elan etdiyi tenderin qalibi olmuş İsrailin "Houri" şirkətinin istehsalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital